PASHA Malls portfelindəki ən son layihələrdən biri 2020-ci ildə fəaliyyətə başlayan Dəniz Mall ticarət və əyləncə mərkəzidir.
Möhtəşəm memarlıq konsepti ilə xüsusilə diqqət çəkən Dəniz Mall layihəsinin arxitekturası Britaniyanın məşhur memarlıq şirkəti "Chapman Taylor"a məxsusdur. Dəniz Mall ticarət mərkəzinin arxitekturası Azərbaycan Respublikasının gerbindəki səkkizguşəli ulduzu təcəssüm etdirir.
İcarə sahəsi: 40,737 m2
Brend sayı: 85
Fəaliyyətə başladığı il: 2020
Dəniz Mall sadəcə bir ticarət məkanı deyil, həm də mədəniyyət, innovasiya və əyləncəni vizual olaraq inanılmaz şəkildə birləşdirən çoxfunksiyalı arxitektura nümunəsidir.