Bu Məxfilik siyasəti (bunda sonra - “Siyasət”) “PASHA Real Estate” Şirkətlər Qrupu (bundan sonra – “Şirkətlər Qrupu”) tərəfindən fərdi məlumatlarınızın toplanılması, işlənilməsi, saxlanması və ötürülməsi ilə bağlı əsas prinsipləri və qaydaları müəyyən edir.
Şirkətlər Qrupu fərdi məlumatlarınızın qorunmasını öz fəaliyyətində əsas prioritetlərdən biri kimi qəbul edir və bu məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə müvafiq hüquqi, texniki və təşkilati tədbirlər həyata keçirir. Bu Siyasət, həmçinin Sizin fərdi məlumatlarınızla bağlı hüquqlarınızı və bu hüquqlardan necə istifadə edə biləcəyinizi anlamağınıza kömək etmək məqsədi daşıyır.
Siz fərdi məlumatlarınızın toplanması, işlənməsi, saxlanması və ötürülməsi ilə bağlı Azərbaycan Respulikasının “Fərdi məlumatlar haqqında” Qanunu ilə nəzərdə tutulmuş hüquqlara maliksiniz.
1. HAQQIMIZDA
Şirkətlər Qrupu fərdi məlumatların toplanmasını korporativ edərəetmə mərkəzi olan “Paşa Development” MMC (VÖEN: 1402272621) vasitəsilə həyata keçirir.
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 64.
Elektron poçt ünvanı: sales.office@pre.az
Telefon nömrəsi: 2024
2. TOPLADIĞIMIZ MƏLUMATLAR
Siz xidmət və məhsullarımızın təqdim edilməsi məqsədilə internet səhifələri, elektron poçt, telefon danışıqları və digər rabitə vasitələri vasitəsilə alınmış aşağıdakı şəxsi məlumatların Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun toplanmasına və emalına razılıq vermiş olursunuz:
2.1. Ad, soyad, ata adınız;
2.2. Doğum tarixi və yeriniz;
2.3. Yaşayış / qeydiyyat ünvanınız;
2.4. Şəxsiyyətinizi təsdiq edən sənəd barədə məlumatlar;
2.5. Telefon nömrəsi;
2.6. Elektron poçt ünvanı;
2.7. Statistik istifadə məlumatları: məhsullarımız üzrə Sizin hərəkətləriniz və məhsullarımızdan istifadəniz barədə digər məlumatlar, o cümlədən veb tarixçəsi, axtarış tarixçəsi, performans diaqnostik məlumatlar və s.
2.8. Audio, video və ya digər oxşar məlumat: satış əməkdaşları ilə danışdığınız zaman zəng qeydləri və s.;
2.9. Peşakar fəaliyyətiniz (iş yeri, iş stajı və s.) və gəliriniz (gəlirin məbləği, mənbəyi və s.) haqqında məlumatlar;
2.10. Kukilər: internet səhifələrimizə daxil olarkən biz sizdən kukilər vasitəsilə fərdi məlumatlarınızı toplaya bilərik. Kukilər cihazınızı eyniləşdirməyə imkan verən kiçik mətn fayllarda yerləşən məlumatlardır. Həmin məlumatları işləməkdə əsas məqsədimiz davranışınızı analiz etməkdir. Anlayırıq ki, istifadə etdiyimiz kukilərin növündən asılı olmayaraq məlumatlar Sizin şəxsiyyətinizi müəyyən etməyə imkan verirsə, həmin məlumatlar fərdi məlumatlar hesab olunur və onlar qanunvericiliyə uyğun olaraq işlənilməlidir;
3. MƏLUMATLARIN TOPLANILMASI MƏNBƏLƏRİ
Şirkətlər Qrupu tərəfindən işlənilən fərdi məlumatlar, bir qayda olaraq, bilavasitə Sizin tərəfinizdən və ya üçüncü tərəflər (resurslar) vasitəsilə təqdim olunan məlumatlardan, eləcə də qanunvericiliyə uyğun olaraq digər mənbələrdən əldə edilən məlumatlardan ibarətdir. Məlumatların toplanma mənbəyindən asılı olaraq, fərdi məlumatlarınızı müəyyən edilmiş əsas kateqoriyalar üzrə qruplaşdırır və hər bir kateqoriyanın konkret məqsədlərlə hansı qaydada işlənildiyini bu Siyasətdə əks etdiririk:
3.1. Birbaşa Sizdən əldə etdiyimiz məlumatlar. Ən çox işlədiyimiz məlumatlar bu kateqoriyadan olan məlumatlardır. Bu cür məlumatlara ad, soyad, ata adı, ünvan, doğum tarixi, doğum yeri və digər oxşar məlumatlar daxildir.
3.2. Sizdən platformadan istifadəniz zamanı topladığımız məlumatlar. Bu məlumatlar, əsasən, Sizin cihazınız barədə topladığımız məlumatlar, həmçinin platformadan (veb-səhifə və ya mobil tətbiqi) və məhsullarımızdan istifadəniz nəticəsində əldə etdiyimiz məlumatlardan ibarətdir.
3.3. Açıq mənbələrdən topladığımız məlumatlar. Biz açıq mənbələrdən Sizin haqqınızda məlumatlar toplaya bilərik. Bu kateqoriyaya internet səhifələri, sosial şəbəkələr, peşəkar media və bu kimi digər mənbələr aiddir.
3.4. Üçüncü tərəflərin təqdim etdiyi məlumatlar. Bu növ məlumatlara ad, soyad, ata adı, ünvan, doğum tarixi, doğum yeri, ailə tərkibi, maliyyə və sair məlumatlar daxildir. Bizə bu məlumatları üçüncü tərəflər təqdim edirlər. Bu məlumatların ötürülməsi üçün hüquqi əsasın müəyyən edilməsi həmin məlumatların mülkiyyətçisi olan üçüncü şəxslərin səlahiyyətində olduğu üçün, bununla bağlı biz heç bir məsuliyyət daşımırıq.
4. MƏLUMATLARINIZI TOPLAMA MƏQSƏDLƏRİMİZ
Şirkətlər Qrupu “məhdud məqsəd” prinsipinə riayət edərək fərdi məlumatlarınızı yalnız spesifik məqsədlər üçün toplayır və işləyir. Həmin məqsədlər aşağıdakılardan ibarətdir:
4.1. Sizə keyfiyyətli xidmət göstərmək. Maraq göstərdiyiniz və ya göstərə biləcəyiniz məhsulları Sizə təqdim edə bilməyimiz üçün fərdi məlumatlarınızı işləməliyik. Məsələn, sizinlə əlaqə saxlamağa bilməyiniz üçün biz sizin ad, soyad, ata adı, telefon nömrəsi və sair məlumatlarınızı işləməli oluruq.
4.2. İstifadəçi davranışının qiymətləndirilməsi. Məhsullarımızı və platformalarımızı tələblərə uyğunlaşdırmaq üçün istifadəçi davranışını təhlil etməli ola bilərik. Bu, bizə xidmətlərimizi təkmilləşdirməkdə və Sizə ən uyğun məhsulları təklif etməkdə kömək edə bilər.
4.3. Maliyyə və risk skorinqi (qiymətləndirilməsi). Sizə məhsul və xidmətlər təklif etmək üçün Sizin maliyyə vəziyyətinizi qiymətləndirə bilərik. Məsələn, hər hansı məhsulun əv ya xidmətin satışı Sizin gəlirinizdən asılıdırsa, Sizin gəlirinizi həm Sizin platformadan istifadə zamanı topladığımız, həm də digər mənbələrdən əldə etdiyimiz məlumatlar əsasında qiymətləndirə bilərik.
4.4. Marketinq. Sizə bizim və tərəfdaşlarımızın göstərdiyi xidmət və məhsullardan uyğun olanlarını təklif edə bilmək üçün fərdi məlumatlarınızı işləyirik. Məsələn, Sizə maraqlı ola biləcək məhsullarımızı sizə təqdim etmək üçün məlumatlarınızı işləyə bilərik. Həmçinin məsələn Sizinlə əlaqə saxlayıb tərəfdaşlarımızın məhsullarını təklif edə bilərik.
4.5. Tərəfimizdən göstərilən xidmətləri təkmilləşdirmək. Məsələn, yeni məhsullar və xidmətlər hazırlamaq, yaranmış problemləri aradan qaldırılmaq, xidmətləri sınaqdan keçirmək, araşdırma aparmaq və statistik təhlil etmək üçün Sizin fərdi məlumatlarını işləyə bilərik.
4.6. Sizinlə əlaqə saxlamaq. Bizə ehtiyac duyduğunuz zaman, məsələn, satış komandamıza göndərdiyiniz sorğuya cavab vermək kimi Sizinlə əlaqə saxlaya bilərik
4.7. Qanunvericiliyə riayət etmək. Qüvvədə olan qanunvericiliyə riayət etmək və ya qanunvericiliyin tələblərini icra etmək üçün məlumatlarınızı işləyə bilərik.
5. MƏLUMATLARIN SAXLANILMASI
5.1. Biz məlumatlarınızı daxili məlumat emalı mərkəzlərimizdə və bulud infrastrukturumuzda saxlaya bilərik.
5.2. Məlumatlarınızı qeyri-müəyyən, lakin bu Siyasətdə müəyyən edilmiş məqsədlərin həyata keçirilməsi üçün lazım olan müddətdə saxlayırıq. Bu Siyasətə uyğun olaraq məlumatlarınızı işləmək zərurəti olmadıqda, biz məlumatları məhv edəcəyik və onların surətlərini siləcəyik.
6. MƏLUMATLARIN ÖTÜRÜLMƏSİ
6.1. Yuxarıda açıqladığımız kimi, biz özümüzün və tərəfdaşlarımızın məhsullarının marketinqini həyata keçirir və onları təkmilləşdiririk. Bundan əlavə, biz banklardan, bizə texniki dəstək göstərən şəxslərdən, məsləhətçilərdən və digər üçüncü şəxslərdən xidmətlər alırıq. Bu məqsədlə bəzən məlumatlarınızı üçüncü tərəflərə ötürə bilərik. Üçüncü tərəflər dedikdə, bununla məhdudlaşmayaraq, aşağıdakılar nəzərdə tutulur:
6.1.1. Müəyyən məlumatları tələb etməyə səlahiyyəti olan dövlət orqanları;
6.1.2. Məhkəmələr.
6.1.3. Auditorlar;
6.1.4. Məsləhətçilər;
6.1.5. Texniki, marketinq, analitika, rabitə, texnologiya, data və digər xidmət təminatçıları;
6.1.6. “PASHA Holding” MMC qrupuna daxil olan şirkətlər;
6.2. Bütün hallarda fərdi məlumatlarınızın üçüncü şəxslərə ötürülməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
6.3. Xidmətlərimizin göstərilməsi, o cümlədən bu Siyasətdə sadalanan digər məqsədlərin icrası üçün Siyasətin 2-ci maddəsində siyahısı müəyyən edilən məlumatlarınızı qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının dövlət sərhədindən əlaqədar beynəlxalq təşkilatlara, başqa ölkələrin dövlət və ya yerli özünüidarə orqanlarına, hüquqi və ya fiziki şəxslərinə (transsərhəd) ötürə bilərik.
7. RAZILIĞIN GERİ GÖTÜRÜLMƏSİ
7.1. Fərdi məlumatlarınızın işlənməsi üçün sizin razılığınıza əsaslanmağımızı nəzərə alaraq, siz həmin razılığı istənilən vaxt geri götürmək hüququna maliksiniz.
7.2. Razılığınızı geri götürmək üçün veb-saytda və platformada göstərilmiş əlaqə vasitələrindən istifadə etməklə və ya ünvanımıza yazılı şəkildə müraciət edə bilərsiniz.
7.3. Nəzərinizə çatdırırıq ki, razılığın geri götürülməsi həmin geri götürmədən əvvəl razılığa əsaslanaraq həyata keçirilmiş emalın qanuniliyinə təsir göstərmir. Həmçinin, müvafiq qanunvericilik imkan verdiyi hallarda, razılıqdan başqa digər qanuni əsaslarla həyata keçirilən şəxsi məlumatların emalına da bu geri götürmə təsir etməyəcəkdir.
8. MƏSULİYYƏT
8.1. Siz təqdim etdiyiniz məlumatların düzgünlüyünə, yenilənmiş olmasına və tamlığına görə tam şəkildə məsuliyyət daşıyırsınız. Yanlış məlumat təqdim etdiyiniz təqdirdə Sizə məhsul təqdim etməkdən və ya xidmət göstərməkdən imtina edə bilərik. Sizin tərəfinizdən təqdim edilmiş məlumatın doğru olmamasının Sizin üçün yaratdığı mənfi nəticələrə görə biz heç bir məsuliyyət daşımırıq.
8.2. Siz təsdiq edirsiniz ki, yetkinlik yaşına çatmışsınız və bizim sayt və platformamızı istifadə etmək üçün tam səlahiyyətlisiniz. Həmçinin, Siz yetkinlik yaşına çatmamışsınızsa, bizim sayt və platformamızı istifadə etmək üçün qanuni nümayəndələrinizdən qanunvericiliyə müvafiq qaydada razılığı aldıdığınızı təsdiq edirsiniz.
9. SİYASƏTƏ DƏYİŞİKLİKLƏR
Bu Siyasət Şirkətlər Qrupunun daxili prosedurlarına, normativ hüquqi aktlara, beynəlxalq standartlara və fəaliyyət sahəsində baş verən dəyişikliklərə uyğun olaraq mütəmadi şəkildə nəzərdən keçirilir və yenilənir. Dəyişikliklərin məqsədi bu Siyasətin aktual, effektiv və tətbiq edilə bilən qalmasını təmin etməkdir.