Yaxın Şərq, Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycanın əsrarəngiz paytaxtı Bakı, qərbdə Qafqaz dağları, şərqdə isə mavi Xəzər dənizi ilə əhatələnmişdir. Lüks 5-ulduzlu otelimiz, Bakının mərkəzində, sahil boyunca yerləşərək, qədim İçərişəhərin tarixi divarlarına bir neçə addımlıq məsafədə və alov formasında ucalan müasir göydələnlərin yaxınlığında qonaqlarını qarşılayır.
Qədim tarixi, müasir enerjisi və cəsarətli üslubu ilə Bakı hər addımda öz ruhunu hiss etdirir. Sizi səhərin ilk işıqları ilə Zafferano restoranının terrasında unudulmaz bir səhər yeməyinə dəvət edirik. Ardınca, günəş işığı ilə dolu penthaus Spa-mızda rahatladıcı prosedurlar vasitəsilə özünüzə zaman ayırın və gündəlik həyatdan bir anlıq uzaqlaşın.
Sonra isə gəlin, Bakını bizimlə birlikdə kəşf edin.
Xəzər dənizinin füsunkar mənzərəsi ilə əhatələnmiş VIP Spa Suite-də özünüzə bir az zaman ayıra bilərsiniz. Qapalı jakuzidə təqdim olunan dəbdəbəli süd vannası və ikinəfərlik masaj seansları sizə həm fiziki, həm də ruhani rahatlıq bəxş edəcək. Bu unikal təcrübə ilə həm dincəlin, həm də cavanlaşın.
Lobbimizdən bir qədər kənarda yerləşən bu geniş salon günortadan sonra, çay və ya qəlyanaltı üçün həmkarlarla görüşmək üçün mükəmməl məkandır.
Səhərlər Zafferano restoranının işıqlı və zərif interyerində, tağvari tavanların altında təqdim olunan dadlı səhər yeməkləri ilə günə enerjili başlayın. Axşam saatlarında isə Mərkəzi İtaliya mətbəxinin incəliklə hazırlanmış gurme təamları ilə unudulmaz bir kulinariya səyahətinə çıxın.
Çərşəbə-şənbə günləri "EyvanTerrace"da aşpazımızın mövsümi yeməklərini dadın və həzz ala-ala canlı musiqi və DJ çıxışını dinləyin.