Paytaxtın düz mərkəzində yerləşən "TheRitz-Carlton, Baku" şəhərdəki ən geniş otaqları ilə dəbdəbəli istirahət imkanı təklif edir. Bu otaqlar arasında uzunmüddətli qalmaq və ailələr üçün mükəmməl seçim olan mənzil tipli apartamentlər də mövcuddur.
Qonaqlar klub-louncda özünəməxsus təcrübədən,istirahət və sağlamlıq üçün nəzərdə tutulmuş məkandan yararlana, eləcə dəxüsusi hazırlanmış “The Signature Journey” proqramı ilə unikal və unudulmazanlar yaşaya bilərlər. Gənc səyahətçilər üçün düşünülmüş "Ritz Kids" proqramı və hər addımda qüsursuz xidmət təklif edən "The Ritz-Carlton,Baku" Azərbaycanın lüks və komfort standartlarını müəyyən edir.
"The Ritz-Carlton, Baku" hotelinin SPA mərkəzində şəfa və yenilənmə hekayəsi yazılır. Bu təcrübə Bakı şəhərinin görməli yerləri, səsləri, ətirləri və Azərbaycanın sevilən mədəni ənənələri ilə mükəmməl şəkildə birləşdirilir. Şəhərin ən böyük SPA kompleksində 7 müalicə otağı, buxar otağı, sauna, hamam, gözəllik salonu, fitnes mərkəzi və biri böyüklər, biri isə ailələr üçün nəzərdə tutulmuş 2 hovuz var. Hər bir müalicə otağı Azərbaycanın füsunkar göllərinin adını daşıyır və həmin göllərin təbiətini, ruhunu və enerjisini özündə əks etdirir. Burada hər prosedur, məhz bu unikal atmosferdə həyata keçirilir və qonaqlara müstəsna, unudulmaz bir SPA təcrübəsi bəxş edir.
"Tribeca" gün ərzində dəyişərək, səhərdən şam yeməyinə qədər, hər yemək vaxtına özünəməxsus ruh qatır. Səhərlər qonaqları yerli məhsullarla zənginləşdirilmiş zərif “İsveç masası”, təzə şirələr, sifarişlə hazırlanan isti yeməklər və şəhərin ən dadlı kruasanlarından biri qarşılayır. Günorta saatlarında atmosfer tədricən Nyu-York üslubunda, yerli çalarlarla zənginləşdirilmiş menyuya keçir. Axşam isə incə romantika ilə tamamlanan dərin və düşünülmüş menyu ilə xüsusi bir abu-hava yaradılır.
Fasadlar arasında gizlənmiş bu "speakeasy" üslublu bar vintaj interyeri və atmosferi ilə adamı lap "Quru Qanun" dövrünə aparır. "Blind Tiger" hər kokteylin hissləri oyatdığı, səssiz mühitdə söhbət üçün ideal yerdir.
"The Signature Journey" analoquolmayan bir təcrübədir. Burada qonaqları işinin peşəkarı olan aşpazların təklif etdiyi zəngin və yaxşı düşünülmüş ləzzətlər silsiləsi gözləyir. Bu unudulmaz anlara "Michelin" ulduzlu aşpazlarla qastronomik sərgüzəştlərdən vətanınmış miksoloqların "imza" bar konsepsiyalarından tutmuş,sağlamlıq mütəxəssislərinin harmoniya haqqında master-klasslarına qədər hər şey daxildir. "The Signature Journey" unikal təcrübələrə və yeni kəşflərə dəvətdir.
Ritz-Carlton Spa, Bakı
Üz üçün xüsusi baxımlar, masajlar, hidroterapiya, sauna, hamam və gözəllik xidmətləri təqdim olunur. Spa 7 müalicə otağı, buxar otağı, sauna, hamam, salon, fitnes mərkəzi və iki hovuzdan ibarətdir.
Fitnes Mərkəzi
Günün 24 saatı açıqdır və ən müasir Technogym avadanlıqları ilə təchiz olunub.
Üzgüçülük Hovuzları
İki qapalı hovuz fəaliyyət göstərir: biri ailələr, digəri isə yalnız böyüklər üçün nəzərdə tutulub. Hər gün saat 06:00-dan 23:00-a qədər açıqdır.
Ritz Kids Proqramı
4–12 yaş arası uşaqlar üçün hazırlanmışdır. Xüsusi menyular, düşərgə çadırları və maraqlı kəşf səfərləri daxildir.
Yerli Gəzinti və Əyləncələr
Bakı Bus Turu, İçərişəhər, Heydər Əliyev Mərkəzi, Palçıq Vulkanları, Bakı Bulvarı, Fəvvarələr Meydanı və Atəşgah məbədi.