Bakının mərkəzində yerləşən JW Marriott Absheron Baku hotelində qalaraq müasir dəbdəbəni və ev rahatlığını bir arada yaşayın. Hoteldə hər detal incəliklə düşünülüb; qonaqlar geniş və zövqlə dizayn edilmiş otaqlarda istirahət edə, dünya mətbəxinin ləzzətlərini təqdim edən restoranlarda dadlı yeməklərdən zövq ala və canlı musiqili barlarda əylənə bilərlər. JW Marriott Absheron Baku, şəhəri kəşf etmək üçün ideal başlanğıc nöqtəsidir. İstər işgüzar səfərdə olun, istərsə də istirahət məqsədli – burada hər anınız xüsusi olacaq
Müstəsna xidmət və unudulmaz təcrübə ilə sizi gözləyən dəbdəbəli otaqlarımızda və suitlərimizdə dincələrək gücünüzü bərpa edin. Sakitlikdən zövq alın, bədəninizi və ruhunuzu təbiətin ixtiyarına buraxın. Hər anı doya-doya yaşayın, özünüzü enerjili və gümrah hiss edin."JW Marriott Absheron Baku" hotelində dəyişikliyi yaşayın.
Özünüzü "JW Marriott Absheron Baku" hotelinin cazibəsinə buraxın. Burada orijinallıq hər detalda özünü göstərir. Bakıda ən geniş çay çeşidini təqdim edən "Tea Lounge"a baş çəkin və Azərbaycanın zəngin kulinariya irsini kəşf edərkən ənənəvi şirniyyatların zərif dadından həzz alın.
Bakıdakı "ZEST Lifestyle Café"də Aralıq dənizi və Azərbaycan mətbəxinin ləziz təamlarını kəşf edin. Məkanımızda sitrus notları ilə zənginləşdirilmiş çeşidli və faydalı yeməklər təklif olunur. Kulinariya sənətkarlığı dünyasına və bənzərsiz atmosferə qərq olun
"Fireworks Urban Kitchen"də ləziz ət yeməkləri və yerli delikateslərlə özünüzü və damağınızı sevindirin. Bakıdakı burahat teraslı restoran şəhərin heyrətamiz mənzərəsi ilə mükəmməl bişmiş steyklər, füsunkar abu-hava və açıq havada tonqal keyfi təklif edir.
İtalyan mətbəxinin bütün mahiyyətini özündə cəmləşdirən "OroNero Bar &Ristorante"də kulinariya macərasına çıxın. Menyumuz ən yaxşı Aralıq dənizivə Siciliya təamlarından formalaşmışdır. Aralıq dənizi mətbəxinin ən yaxşı nümunələrini kəşf edin